İDMAN


Komandalarımız Ümumdünya Şahmat Olimpiadasında Hindistan və Monqolustan yığmaları ilə mübarizə aparırlar

Bakı, 7 avqust, AZƏRTAC

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün keçirilən 9-cu turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Nicat Abasov) Hindistan, qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva) Monqolustan şahmatçıları ilə mübarizə aparırlar.

Qeyd edək ki, 8 turdan sonra kişi şahmatçılarımız 13 xalla 6-cı, qadın təmsilçilərimiz isə 12 xalla 8-ci pillədə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.