ORDU
Komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib VİDEO
Bakı, 17 aprel, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) bölmələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, plana uyğun olaraq snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflər aşkarlanaraq sərrast atəşlə məhv edilib.
Həmçinin komandolar maneələr zolağının keçilməsi üzrə tapşırıqları uğurla yerinə yetirib.
Taktiki-xüsusi təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
Komandoların döyüş hazırlığının daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər planlı şəkildə davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [11:28]
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
- 18.04.2024 [12:27]
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO
- 16.04.2024 [10:20]
ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib
- 14.04.2024 [20:44]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 14.04.2024 [17:19]
Zakir Həsənovun İordaniyaya rəsmi səfəri davam edir
- 14.04.2024 [17:00]