MƏDƏNİYYƏT
Komediya janrında çəkilən “Taxi Liza” filmi təqdim edilib
Bakı, 24 yanvar, AZƏRTAC
“CinemaPlus” kinoteatrında komediya janrında çəkilən “Taxi Liza” filminin qala gecəsi olub.
AZƏRTAC xəbər verir ki, layihə rəhbəri Bəxtiyar Əzizli olan "Taksi Liza" filmində Xalq artisti Cəfər Namiq Kamal, aktyorlar Fərda Amin, Faiq Mirzəyev, aktrisalar Xəyalə Quliyeva, Zemfira Əbdülsəmədova, şair-bədii qiraətçi Səbuhi Zaman və digərləri rol alıblar. Filmin prodüserləri Can Özbatur və Vüqar Əliyev, rejissoru Rövşən Ağayev, operatoru isə Həsən Aslanovdur.
Filmin süjetinə görə, taksi sürücüsü olan Dursun sevdiyi qıza yeddi dəfə elçi düşsə də, qızın atası İftixar bəy övladını ona vermir. Həmin ərəfədə İftixar bəy Bakıya gətizdirdiyi məşhur “Mono Liza” əsərini sərgidə nümayiş etdirməyi planlaşdırır, amma şəkil naməlum şəxslər tərəfindən oğurlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]