CƏMİYYƏT


Komitə sədri: Azərbaycanda 900-dən yuxarı din xadimi dövlətdən maddi dəstək alır

Komitə sədri: Azərbaycanda 900-dən yuxarı din xadimi dövlətdən maddi dəstək alır

Bakı, 30 mart, AZƏRTAC

Məscidlərdə fəaliyyət göstərən din xadimləri ancaq Azərbaycan vətəndaşlarıdır. Ölkəmizdə 900-dən yuxarı din xadimi dövlətdən maddi dəstək alır.

AZƏRTAC xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin martın 30-da keçirilən iclasında “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” məsələsinə münasibət bildirərkən səsləndirib.

Dinin çox həssas mövzu olduğunu qeyd edən dövlət komitəsinin sədri bildirib ki, ölkəmizdə dini etiqad azadlığı qanunla qorunur.

Dindən istifadə edən radikallar barədə danışan Mübariz Qurbanlı müqəddəs kitabımızda İslam radikalizmi kimi ifadənin olmadığını vurğulayıb.

“Din Allahın göstərdiyi yoldur. İnsanların inancından öz çirkin siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu, yolverilməzdir. Azərbaycan xalqı dünyəvi xalqlardandır və o heç vaxt radikalizmə yuvarlana bilməz”, -deyə Mübariz Qurbanlı bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.