İQTİSADİYYAT


Komitə sədri: Kölgə iqtisadiyyatı ilə mübarizə birgə aparılarsa, leqal fəaliyyət göstərən sahibkarların gələcək inkişafı qaçılmazdı

Bakı, 18 fevral, AZƏRTAC

Kölgə iqtisadiyyatı ilə mübarizəni vahid komanda şəklində aparsaq, leqal fəaliyyət göstərən sahibkarların gələcək inkişafı qaçılmazdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" mövzusunda sahibkarlarla görüşdə deyib.

"Bugünkü tədbir Prezident İlham Əliyevin vergi və gömrük orqanlarının qarşısında qoyduğu kölgə iqtisadiyyatı ilə bağlı mübarizənin əsas prioritetlərindən biri kimi sayıla bilər. Ağır vergilərin qoyulması, tariflərin tətbiq olunması, idxal, ixrac əməliyyatlarında verginin qaldırılması ilə bunu tənzimləmək mümkün deyil. Bunun yolu müzakirə, gələcəyə yönəlik təkliflərin dəyərləndirilərək sektorun inkişafına səbəb olmaq, qaçaqmalçılıqla birgə mübarizə aparmaq və sahibkarlara münbit şəraitin yaradılmasını təmin etməkdir. Dövlət və özəl sektor birgə tədbir görməzsə, hər hansı verginin azaldılması və ya artırılmasından asılı olmayaraq, bu bazarın inkişaf etdirilməsi mümkün deyil", - deyə S.Mehdiyev diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.