İQTİSADİYYAT


Komitə sədri: Son aylarda 212 tikinti layihəsi təsdiqlənib

Bakı, 2 iyul, AZƏRTAC

Mövcud qanunvericilik çərçivəsində artıq tikintiyə icazə icraatı həyata keçirilir və son aylar ərzində 212 tikinti layihəsi təsdiq edilib. Onların yarıdan çoxu Bakı şəhəri ərazisindədir. Bu isə təqribən 1 milyon 800 min kvadratmetr tikintinin planlaşdırılması deməkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib.

“Burada əsas məqsəd 2014-cü ildə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş şəhərsalma normativlərinə uyğun olaraq layihələrin hazırlanması, təqdim və təsdiq olunması, eləcə də həyata keçirilməsindən ibarətdir. Son aylarda görürük ki, iş adamları tərəfindən təqdim olunan layihələr bu normalara uyğundur və getdikcə sözügedən layihələr şəhərsalma normativləri, həm də memarlıq həlli baxımdan keyfiyyətcə daha yüksəkdir. Bu layihələrin sayı artacaq”, - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.