İQTİSADİYYAT


Kommunal xidmətlər sahəsində Strateji Yol Xəritəsi üzrə Energetika Nazirliyinin reallaşdıracağı tədbirlərin hamısı icra edilib

Bakı, 20 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Kommunal xidmətlər sahəsi üzrə Strateji Yol Xəritəsində Energetika Nazirliyinin bu il üçün reallaşdıracağı tədbirlərin demək olar ki, hamısı icra olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

P.Şahbazov bildirib ki, ümumiyyətlə Strateji Yol Xəritələri Azərbaycanın bütövlükdə bütün sahələrdə inkişafına yönəlib. Üç Strateji Yol Xəritəsində Energetika Nazirliyinin qarşısında konkret tapşırıqların icrası qoyulub: “Bu sahələr neft-qaz, ağır sənaye və maşınqayırma sənayesi, eləcə də kommunal xidmətlər sahəsidir. Bütün bu istiqamətlərdə hazırda işlər aparılır. Kommunal xidmətlər sahəsində nazirlik tərəfindən 20 tədbirin həyata keçirilməsi nəzərdə tutulur. Bu il üçün cəmi 8 tədbirin icrası planlaşdırılıb. Demək olar ki, həmin tədbirlər həyata keçirilib. Digər 12 tədbir barədə də işlərin başlanılmasına qərar verilib, bu istiqamətdə addımlar atılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.