Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi üzrə tədbirlərin 55 faizinin icrası tamamlanıb

Bakı, 23 iyul, AZƏRTAC

Yeddi strateji hədəfdən ibarət olan "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin ümumi icra vəziyyəti 68 faizdir. Adıçəkilən Strateji Yol Xəritəsi çərçivəsində 2017-ci il üzrə nəzərdə tutulan tədbirlərin 55 faizinin icrası tamamlanıb, 25 faizi qismən icra edilib və 20 faizi icra edilməyib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Departament rəhbəri Ramil Hüseyn AZƏRTAC-a bildirib ki, kommunal xidmətlər sektorunun tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin edilməsi qeyd edilən yol xəritəsinin birinci strateji hədəfidir və müvafiq dövr ərzində bu hədəf çərçivəsində nəzərdə tutulan tədbirlərin 91 faizi icra edilib, 9 faizi isə icra edilməyib. Bu strateji hədəf üzrə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə "Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olan vəsaitlərdən istifadə Qaydası" təsdiq edilib. Buna müvafiq olaraq, elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödənişlərin yeni sxem üzrə avtomatik rejimdə aparılmasına başlanılıb.

"Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin ikinci strateji hədəfi olan "Tam şaxələndirilən və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi" hədəfinin icra səviyyəsi belə olub: 56 faiz tam icra, 36 faiz qismən icra və 18 faiz icra edilməyib. Bu hədəf çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası nəticəsində elektrik enerjisinə ölkədaxili ehtiyacın proqnozlaşdırılmasına dair geniş hesabat hazırlanıb və elektrik enerjisinə ölkədaxili ehtiyac proqnozlaşdırılıb.

Ölkənin alternativ və bərpa olunan enerji potensialı qiymətləndirilərək enerji potensialının ən böyük olduğu regionlar müəyyənləşdirilib. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi enerji potensialını ümumilikdə 5540 MVt olmaqla müxtəlif alternativ enerji növləri üzrə qiymətləndirib. Elektrik enerjisi ixracının əsaslandırılması məqsədilə elektrik enerjisinin istehsalı üçün yanacaq və digər xərclər, gömrük xərcləri, tranzit xərcləri və bazarda iştirak etmək üçün xərclər təhlil edilib.

Adıçəkilən Strateji Yol Xəritəsində üçüncü strateji hədəf - Dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi və məqsədlərə nail olmaq üçün mexanizmlərin işə salınması - üzrə tam icra 42 faiz, qismən icra 25 faiz olub, 33 faiz tədbir isə icra olunmayıb. Bu hədəf çərçivəsində elektrik stansiyalarının potensialından səmərəli istifadənin təmin edilməsi məqsədilə tədbirlər planı hazırlanıb və müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim edilib. Azərbaycan Respublikasının şəhər və rayonlarında paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması və inkişaf etdirilməsi üçün 2016-2025-ci illər üzrə Tədbirlər Planı (Master Plan)" hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Tarif dəyişikliklərinin elektrik sərfiyyatına təsirini qiymətləndirmək məqsədilə 2016-cı ilin ilk 9 ayı ilə 2017-ci ilin eyni dövrü üzrə elektrik enerjisi istehlakının səviyyəsi müqayisəli şəkildə təhlil edilib. Elektroenergetika sektorunda istehsalın, ötürmənin, paylanmanın, istehlakın, alqı-satqının və enerji bazarının hüquqi əsaslarını müəyyən edən əsas qanun olaraq "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun yeni layihəsi beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla işlənib hazırlanıb.

Qeyd edilən yol xəritəsinin dördüncü hədəfi olan "Səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması"nın 2017-ci ilə aid tədbirlərinin 27 faizi icra edilib, 33 faizi qismən icra edilib və 40 faizi icra edilməyib. Hədəf üzrə nəzərdə tutulan tədbirlərə uyğun olaraq qaz şəbəkəsinin mövcud vəziyyəti və qaz itkiləri təhlil olunub, qaz itkilərinin səviyyəsinin tələb olunan minimal göstəriciyə çatdırılması məqsədilə inkişaf planı hazırlanıb. "Qaz İxrac İdarəsi" üzrə qazpaylayıcı sistemin texniki vəziyyətinə mənfi təsirlərin azaldılması və istehlakçı məmnunluğunun artırılması üçün şəbəkəyə ötürülən təbii qazın təmizlənməsi ilə bağlı 2017-2020-ci illəri əhatə edən 19 bənddən ibarət tədbirlər planı hazırlanıb. Ucqar yaşayış məntəqələrinin qazlaşdırılmasının səmərəliliyinin təhlili, eləcə də qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəli olmayan ucqar yaşayış məntəqələrində alternativ enerji təminatı ilə bağlı xarici təcrübə öyrənilib.

"Yüksəksəviyyəli su idarəetmə strukturunun yaradılması" adıçəkilən yol xəritəsinin beşinci hədəfi olmaqla 2017-ci il üzrə icra vəziyyəti belədir: 78 faiz icra edilib, 20 faiz qismən icra edilib. Bu hədəfdə əksini tapan tədbirlərin icrası nəticəsində regionlarda 170 kiçik yaşayış məntəqəsi üzrə baş planlar işlənib hazırlanıb. 2018-ci il 1 yanvar tarixinə qeyri-əhali üzrə sayğaclı abonentin sayı 49 575 ədəd, sayğaclaşma səviyyəsi isə 87.1 faiz olub. Sayğaclı abonentlərin sayı 2017-ci ilin əvvəlinə nisbətən 1352, sayğaclaşma faizi isə 5,1 faiz artıb.

2017-ci il ərzində büdcə vəsaiti hesabına infrastrukturun təkmilləşdirilməsi məqsədilə Abşeron yarımadası üzrə ümumilikdə 27,4 kilometr magistral, 177,4 kilometr şəbəkə, 16,1 kilometr kanalizasiya və 30,6 kilometr yağış suları xətləri çəkilib, 2 ədəd su nasos stansiyası və 1 ədəd kanalizasiya nasos stansiyası tikilib, 55 min ədəd su sayğacı quraşdırılıb.

Altınci strateji hədəf olan "Su təchizatında itkilərin azaldılması və səmərəliliyin təmin edilməsi" hədəfi çərçivəsində nəzərdə tutulan tədbirlərin 50 faizi icra edilib, 50 faizi qismən icra edilib. Bu istiqamətdə görülən işlər çərçivəsində Abşeron yarımadasında infrastrukturun zəif olduğu ərazilər üzrə su təchizatı və kanalizasiya layihələrinin mərhələli icrası məqsədilə 2018-2024-cü illər üçün infrastruktura tələb olunan investisiya xərcləri göstərilməklə tədbirlər planı hazırlanıb. 2016-cı illə müqayisədə 2017-ci ildə şəbəkəyə verilən suyun miqdarı 35.5 milyon kubmetr, itki faizi 0.8 faiz azalıb. Ölkədə su ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi, su təsərrüfatı balansının tərtib edilməsi və bu sahədə fəaliyyət göstərən bütün subyektlər arasında ödənişlərin tənzimlənməsinin qanunvericilik əsaslarının müəyyən edilməsi məqsədilə aidiyyəti qurumlarla razılaşdırılmaqla "Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub.

Su və kanalizasiya xidmətləri üzrə mövcud qiymətlərin müqayisəli təhlili və optimal tarif səviyyəsinə uyğunlaşdırılması ilə bağlı araşdırmalar aparılıb.

Strateji Yol Xəritəsinin sonuncu "Dayanıqlı və etibarlı istilik təchizatı infrastrukturunun yaradılması" hədəfinin 2017-ci ildə yalnız 69 faizi tam icra edilib, 17 faizi qismən icra edilib və 14 faizi icra edilməyib. Bu hədəf çərçivəsində Bakı şəhəri və respublikanın regionlarında istilik təchizatı sistemlərinin fəaliyyəti ilə bağlı monitorinqlər davam etdirilib, qiymətləndirmələr aparılıb, yenidən qurulması, modernləşdirilməsi və tikintisi nəzərdə tutulan bəzi obyektlər üzrə istilik mənbələrinin layihə-smeta sənədləri hazırlanaraq razılaşdırmaya və ekspertizaya təqdim edilib və zəruri mühəndis hazırlığı işləri aparılıb. "İstilik enerjisindən istifadə qaydaları"nın layihəsi və "Büdcə təşkilatlarında kommunal xidmətlərin və resursların istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının layihəsi hazırlanıb.

Özəl və kommersiyayönümlü istilik təchizatı sistemlərinin yaradılması ilə bağlı təhlillər aparılıb, istilik itkilərinin minimuma endirilməsi və xərclərin azaldılması istiqamətində işlər görülüb.

Əsas icraçı qurumların performansına gəldikdə isə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə 2017-ci ildə nəzərdə tutulan tədbirlərin 100 faizini, "Azəristiliktəchizat" ASC isə 93 faizini yerinə yetirib. İqtisadiyyat Nazirliyi qeyd edilən dövr ərzində nəzərdə tutulan tədbirlərin müvafiq olaraq 89 faizini, “Azərsu" ASC 79 faizini, Maliyyə Nazirliyi 75 faizini, Tarif (qiymət) Şurası 67 faizini, Energetika Nazirliyi 64 faizini yerinə yetiriblər. Digər qurumlardan isə "Azərenerji" ASC 50 faiz, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 46 faiz, "Azərişıq" ASC 38 faiz icra göstəricilərinə malikdirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb