ELM VƏ TƏHSİL


Kompozit materiallar mövzusunda elmi seminar keçiriləcək

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin rəhbəri professor Rövnəq Rzayevin moderatorluğu ilə mayın 22-də “Kompozit materiallar – müasir texnologiyalar, aktual problemlər” mövzusunda onlayn seminar keçiriləcək.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminarda elmi-tədqiqat mərkəzinin üzvləri Tural Nağıyev, Tahir İbrahimov, Sakin Cabbarov, Əli Xəlilov mövzu çərçivəsində məruzələrlə çıxış edəcəklər.

Tədbir UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.

Onlayn seminara “Zoom” platforması vasitəsilə qoşulmaq mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.