İQTİSADİYYAT
Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 152,8 milyon manatlıq məhsul istehsal olunub
Bakı, 18 sentyabr, AZƏRTAC
Bu ilin 8 ayında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 152,8 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 11,1 faiz azalıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 78 faiz artıb.
Hesabat dövründə ötən ilin eyni ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 10,2 dəfə, məişət soyuducularının istehsalı 31,4 faiz çoxalıb.