İQTİSADİYYAT
Kompüter, elektron və optik məhsulların istehsalı artıb
Bakı, 16 iyul, AZƏRTAC
Bu ilin ilk 6 ayında kompüter, elektron və optik məhsulların istehsalı çoxalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-iyun aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 93,9 milyon manatlıq məhsul istehsal olunub.
Əvvəlki ilin eyni ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 66,6 faiz, elektrik avadanlıqlarının istehsalı isə 3,8 faiz artıb.
Hesabat dövründə ötən ilin müvafiq aylarına nisbətən avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 12,2 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 2,3 dəfə çoxalıb.