İQTİSADİYYAT


Kompüter, elektron və optik məhsulların istehsalı artıb

Bakı, 25 yanvar, AZƏRTAC

Ötən il kompüter, elektron və optik məhsulların istehsalı artıb.

AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2020-ci ildə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 234,7 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki illə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 34,5 faiz, elektrik avadanlıqlarının istehsalı isə 9,6 dəfə artıb.

Hesabat dövründə 2019-cu ilə nisbətən avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 2,1 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 2 dəfə çoxalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.