ELM VƏ TƏHSİL


Kompüter elmləri və informasiya texnologiyaları ixtisası üzrə tədqiqatlar aparılır

Bakı, 16 iyun, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda İxtisaslaşdırılmış Magistr Müdafiə Şurasının növbəti onlayn iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclas kompüter elmləri və informasiya texnologiyaları ixtisasları üzrə magistrlik dissertasiyalarının müdafiəsinə həsr olunub.

İclasda “Elektron demoqrafiyanın formalaşdırılması mexanizmlərinin işlənməsi”, “Kompüter şəbəkələrinin təhlükəsizliyinin qiymətləndirilməsi metodları”, “Veb-saytların informasiya təhlükəsizliyinin test edilməsi metodlarının tədqiqi”, “Zərərli proqram təminatının statik və dinamik analizi metodlarının tədqiqi” mövzusunda dissertasiya işləri təqdim olunub.

Hər bir dissertasiya mövzusu ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, şöbə müdirləri, texnika üzrə fəlsəfə doktorları Yadigar İmamverdiyev, Firudin Ağayev, baş elmi işçi, dosent Ramiz Şıxəliyev və başqaları çıxış edərək rəy və təkliflərini səsləndiriblər.

Dissertasiya işləri üzrə elmi rəhbərlər hər bir mövzunun aktual olduğunu, magistrlik dissertasiyalarının tələblərinə cavab verdiyini və tədqiqat zamanı qarşıya qoyulmuş məsələlərin həll olunduğunu söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.