CƏMİYYƏT
Kompüter salonlarından oğurluq etməkdə şübhəli bilinən Zəngilan rayon sakinləri yaxalanıblar
Bakı, 21 may, AZƏRTAC
Bakıda oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 19-da Nəsimi rayonu ərazisindəki kompüter salonlarının birindən üç oyun aparatını oğurlamaqda şübhəli bilinən Zəngilan rayon sakinləri E.Cəfərov və əvvəllər məhkum olunmuş R.Allahquliyev rayon polis idarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Aparılmış tədbirlərlə həmin şəxslərin mayın 17-də daha bir kompüter salonundan 650 manat dəyərində oyun aparatları və diskləri oğurlamaları da müəyyənləşdirilib.
Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayondakı bir mağazadan 400 manat məbləğində pul, iki evdən pul, məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Əkbərov saxlanılıb.
Faktlarla bağlı təhqiqat aparılır.