MƏDƏNİYYƏT


“Kon-Tiki” filmi “YARAT”da ilk dəfə nümayiş ediləcək

Bakı, 5 yanvar, AZƏRTAC

Yanvarın 8-də “YARAT” Müasir İncəsənət Mərkəzində Norveç istehsalı olan “Kon-Tiki” filmi nümayiş ediləcək.

AZƏRTAC xəbər verir ki, ssenari müəllifləri Petter Skavlan və Allan Skott olan ekran əsərində rollarda tanınmış aktyorlar Paul Sverre Valheim Hagen, Anders Baasmo Kristiansen, Tobias Zantelman, Gustaf Skarsgard və Odd Magnus Villiamson çıxış edirlər.

"Kon-Tiki" – real hadisələrə əsaslanan tarixi bir macəra filmidir. Film, məşhur Norveç səyyahı Tur Heyerdala həsr olunub. Onun ekspedisiyası tarixdə əsl şücaət kimi yadda qalıb. 1947-ci ildə Sakit okean suları üzərində edilən bu səfər ona dünya şöhrətini gətirdi.

Film, ideyanın yaranması, səfər ərəfəsində hazırlıq işləri və səyahət zamanı baş verən hadisələrdə bəhs edir.

Film ingilis dilində rus subtitrləri ilə nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.