CƏMİYYƏT


Konnektikutda şərqi at ensefalitinə yoluxma faktı təsdiq edilib

Vaşinqton, 18 sentyabr, AZƏRTAC 

ABŞ-ın Konnektikut ştatında şərqi at ensefalitinə yoluxma ilə bağlı ilk fakt təsdiq edilib.

AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, virus bütün Şimali Amerika boyu yayılmağa davam edir.

Ağcaqanadların yaydığı virus Şərqi Laym şəhərindən olan yaşlı adamda aşkar edilib. Konnektikut ştatının ictimai səhiyyə departamentinin komissarı Rene D.Koulman-Mitçell mətbuat konfransında bildirib ki, həmin adam avqustda xəstələnib. Pasiyent hələ də xəstəxanadadır.

Bu nadir virus beyində iltihab yaradır və potensial olaraq ölümə gətirib çıxarır. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, şərqi at ensefalitinə yoluxmuş pasiyentlərin üçdəiki hissəsi ölür, salamat qalanların çoxunun baş beyni yüngül və ağır dərəcəli zədə alır.

Koulman-Mitçell deyib: “Şərqi at ensefaliti nadir, lakin hər yaşda insanı zədələyən ciddi və potensial ölüm təhlükəli xəstəlikdir”. O, sakinləri həşərat əleyhinə vasitələrdən istifadə etməklə, örtülü geyinməklə özlərini ağcaqanadların sancmasından qorumağa çağırıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.