İDMAN


Konor Makqreqor UFC döyüşlərindən bir ay müddətinə uzaqlaşdırılıb

Bakı, 9 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

İrlandiyalı MMA (qarışıq döyüş növləri) döyüşçüsü Konor Makqreqor UFC döyüşlərindən bir ay müddətinə uzaqlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, irlandiyalı döyüşçü tibbi səbəblərə görə döyüşlərdə iştirak edə bilməyəcək.

Xatırladaq ki, oktyabrın 7-də irlandiyalı Konor Makqreqorla keçirilmiş döyüş 30 yaşlı qaydasız döyüşçü, rusiyalı Həbib Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. O, dördüncü raundda hakimlərin yekdil qərarı ilə Konor Makqreqor üzərində qalib sayılıb.

UFC versiyası üzrə dünyanın ən populyar və güclü idmançılarından hesab edilən Konor Makqreqor isə 24 döyüşün 21-də qalib gəlib. O, ilk dəfə 2015-ci ildə UFC çempionu adını qazanıb.

Həbib Nurməhəmmədov karyerası ərzində keçirdiyi iyirmi yeddi döyüşdə 27-ci dəfə qalib gəlib. O, 2017-ci ildə amerikalı döyüşçü El Yakvintanı məğlub edərək yüngül çəkidə çempion adı qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.