İDMAN


Konor Makqreqor və Castin Puarye ikinci görüşü keçirməyə razı olublar

Bakı, 11 noyabr, AZƏRTAC

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor və amerikalı Castin Puarye yanvarın 23-də Las-Veqasda “UFC 257” çərçivəsində ikinci görüşü keçirməyə razı olublar.

AZƏRTAC “MMA Fighting” portalına istinadla xəbər verir ki, irlandiyalı döyüşçünün dekabrın 12-də “UFC 256” çərçivəsində revanş keçirilməsinin tərəfdarı olmasına baxmayaraq artıq bu razılaşmanın bütün detalları açıqlanıb. Qeyd edək ki, döyüşçülər əvvəlcə dekabrın 12-də Dublində xeyriyyə sparrinqi keçirməyi düşünürdülər.

Xatırladaq ki, K.Makqreqor və C.Puarye arasında UFC-də ilk döyüş 2014-cü ilin sentyabrında baş verib və ilk raundda irlandiyalı qələbə qazanıb.

Otuz bir yaşlı amerikalı döyüşçü karyerası ərzində 26 qələbə qazanıb, altı dəfə məğlub olub. K.Makqreqorun aktivində isə 22 qələbə, 4 məğlubiyyət var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.