DÜNYA


“Konq-Rey” tufanının Okinavaya yaxınlaşacağı ehtimal olunur

Tokio, 4 oktyabr, AZƏRTAC 

Yaponiyanın Okinava prefekturasının sakinləri son bir həftə ərzində ikinci tufanın yaxınlaşmasını gözləyirlər.

AZƏRTAC xəbər verir ki, Yaponiyada “25 nömrəli” adlandırılan “Konq-Rey” tufanı oktyabrın 4-dən 5-nə keçən gecə Okinava adalarına yaxınlaşa bilər.

Meteoroloqlar insanları güclü külək, hündür dalğalar, torpaq sürüşmələri və daşqınlar barədə xəbərdar ediblər.

Prefektura istiqamətində hərəkət etməli olan 200-dən çox aviareys artıq təxirə salınıb.

Meteoroloqlar bildirirlər ki, tufan əvvəlcə şimal istiqamətində, sonra isə çox güman, şimal-şərq istiqamətində hərəkət edərək Cənubi Koreyaya çatacaq, Yaponiyanın qərb və şimal ərazilərində də qasırğa əmələ gətirəcək.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.