DÜNYA


“Konq-rey” tufanı Cənubi Koreyada 2 nəfərin ölümünə səbəb olub

Bakı, 6 oktyabr, AZƏRTAC

“Konq-rey” tufanının törətdiyi fəsadlar nəticəsində Cənubi Koreyada 2 nəfər ölüb, bir nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, oktyabrın 6-da səhər saatlarında Koreya yarımadasına yaxınlaşan tufan səbəbindən yüzlərlə sakin təxliyə edilib, 61 mindən çox evin elektrik təchizatında fasilələr yaranıb. Bəzi yaşayış məntəqələrində daşqınlar olub.

Tufan daha çox Busan, Qanqneunq, Samçeok, Pohanq, Hadonq və Hapçeon şəhərlərində fəsadlar törədib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.