DÜNYA


Konqoda Ebola virusu qurbanlarının sayı 1,1 min nəfəri ötüb

Bakı, 11 may, AZƏRTAC

Konqo Demokratik Respublikasında ötən ilin iyul ayından bəri Ebola virusu səbəbindən 1100 nəfərdən çox insan həyatını itirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. “2019-cu il mayın 10-na olan məlumata görə, ölkədə Ebola virusuna 1649 yoluxma halı qeydə alınıb və onlardan 1561-i təsdiqini tapıb. Virusun törətdiyi xəstəlikdən 1105 nəfər həyatını itirib, 444 nəfər isə müalicə olunub”, - deyə məlumatda bildirilir.

Yoluxucu Ebola virusu insanlarda və bəzi heyvan növlərində rast gəlinən kəskin infeksiya xəstəliyinə səbəb olur. 2015-ci ildə Qərbi Afrikanın əsasən üç ölkəsində - Qvineya, Serra-Leone və Liberiyada tüğyan edən virus 13 min insanın həyatına son qoymuşdu.

Konqo Demokratik Respublikasında hazırkı Ebola epidemiyası 2018-ci ilin iyul ayında başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.