DÜNYA


Konqoda Ebola virusuna yoluxanların sayı 421 nəfərə çatıb

Bakı, 28 noyabr, AZƏRTAC

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 421 nəfərə çatıb, onlardan 241-i dünyasını dəyişib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat Konqo Səhiyyə Nazirliyinin “Facebook” səhifəsində yerləşdirilib.

Qurumun məlumatına əsasən, noyabrın 27-nə qədər Şimali Kivu və İturi əyalətlərində 421 yoluxma halı müşahidə edilib ki, onlardan 374-ü öz təsdiqini tapıb. Bununla yanaşı, xəstələrdən 125-ni müalicə etmək mümkün olub.

2015-ci ildə Qərbi Afrikanın əsasən 3 ölkəsində - Qvineya, Serra-Leone və Liberiyada tüğyan edən Ebola virusunun səbəb olduğu kəskin infeksiya xəstəliyi 13 min insanın həyatına son qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.