Konqoda bərənin batması nəticəsində azı 60 nəfər həlak olub
AzerTAg.az
Qahirə, 16 fevral, AZƏRTAC
Konqo Demokratik Respublikasının ərazisindən keçən Konqo çayında bərənin batması nəticəsində azı 60 nəfərin həlak olduğu bildirilir.
AZƏRTAC xəbər verir ki, Mai-Ndombe vilayətində baş vermiş faciə ilə əlaqədar Konqonun humanitar məsələlər naziri Steve Mbikai mətbuat konfransı keçirib. O məlumat verib ki, 700 sərnişini daşıyan bərənin batması nəticəsində həlak olanların cəsədləri sudan çıxarılıb, 300 nəfər isə xilas edilib. Hadisə nəticəsində 350-dən çox insan da itkin düşüb. Onların tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam edir.
Faciənin baş verməsinin əsas səbəbi kimi bərənin həddindən artıq yüklənməsi göstərilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin mətnində orfoqrafik səhv var