DÜNYA


Konqoda qəzaya uğrayan təyyarədə iki rusiyalı olub

Moskva, 12 oktyabr, AZƏRTAC

Konqo Demokratik Respublikasında (KDR) qəzaya uğrayan təyyarədə iki rusiyalı olub.

AZƏRTAC xəbər verir ki, Rusiyanın KDR-dəki səfirliyi bu barədə məlumat yayıb.

Oktyabrın 11-də Konqonun Qomo şəhərindən paytaxt Kinşasaya uçan “An-72” təyyarəsi qəzaya uğrayıb. Təyyarədə dörd nəfər heyət üzvü və mülki şəxslər olublar. Rusiyalılar - Vladimir Sadovniçi və Vitali Şumkov təyyarənin pilotlarıdır.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.