CƏMİYYƏT


Konqonun şərqində yerləşən Qoma şəhərində Ebola qızdırmasından ilk ölüm halı qeydə alınıb

Bakı, 17 iyul, AZƏRTAC 

Konqo Demokratik Respublikasının Şimali Kivu əyalətinin inzibati mərkəzi sayılan Qoma şəhərində Ebola qızdırmasından ilk ölüm halı qeydə alınıb.

AZƏRTAC bu barədə Sinxua agentliyinə istinadla xəbər verir.

Əhalisinin sıx olduğu Qoma şəhəri dövlət sərhədi yaxınlığında yerləşdiyindən və mühüm nəqliyyat qovşağı olduğundan Dünya Səhiyyə Təşkilatı (DST) xəstəliyin yenidən baş qaldırmasının dünya birliyinin diqqətini çəkib-çəkməməsinin müəyyən edilməsindən ötrü vəziyyətin yenidən qiymətləndirilməsini həyata keçirəcək.

Şimali Kivu əyalətinin qubernatoru Karli Nzanzu iyulun 16-da Qomada keçirilən mətbuat konfransında qeyd edib ki, Ebola qızdırmasına ilk yoluxma halı bazar günü təsdiq edilib. Pasiyent müalicə alacağı Butemboya gətirilərkən yolda keçinib.

Xatırladaq ki, Qoma Konqo Demokratik Respublikasının şərq hissəsində, Ruanda və Uqanda ilə sərhəddə yerləşir. Əhalisinin sayı milyon nəfərdən çox olan şəhər liman və aeroporta malik nəqliyyat qovşağıdır.

Qomada Ebola qızdırmasına ilk yoluxma halı müəyyən edildikdən sonra DST bazar ertəsi epidemiyanın yayılma təhlükəsinin müzakirəsi məqsədilə iclas keçirib. Ekspertlər infeksiyanın baş qaldırmasının dünya birliyinin diqqətini tələb edən fövqəladə vəziyyət olduğunu müəyyən etməkdən ötrü vəziyyətin yenidən qiymətləndirilməsini mümkün qədər tez həyata keçirmək niyyətindədirlər.

DST-nin statistikasına görə, yeni epidemiyanın başlanmasından sonra Konqo Demokratik Respublikasında iyulun 14-dək Ebola qızdırmasına 2501 yoluxma halı qeydə alınıb. Bunlardan 2407-si təsdiq edilib. Yoluxanların 1668 nəfəri, o cümlədən diaqnozla təsdiqlənmiş 1574 insan dünyasını dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.