SİYASƏT


Konqresmen Koen Azərbaycan Prezidentinin əfv Sərəncamını alqışlayır

Konqresmen Koen Azərbaycan Prezidentinin əfv Sərəncamını alqışlayır

Vaşinqton, 25 oktyabr, AZƏRTAC

Tennessi ştatından konqresmen Stiv Koen Azərbaycan Prezidentinin 80-dən çox məhbusun əfv edilməsi barədə Sərəncamı ilə əlaqədar bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, bu Sərəncam Azərbaycanın humanist siyasətinin daha bir təsdiqidir.

Stiv Koen deyib: “Azərbaycan Birləşmiş Ştatların dəyərli müttəfiqidir və çox şadam ki, birgə maraqlarımızı təmsil etmək üçün mənim Azərbaycan ilə apardığım işi davam etdirmək perspektivləri var”.

Xatırladaq ki, ABŞ Konqresində Tennessi ştatının 9-cu seçki dairəsini təmsil edən konqresmen Koen ABŞ konqresində Azərbaycan dostluq qrupunun həmsədridir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.