DÜNYA


Konqresmenlər Ağ evdən Ukraynaya F-16 tədarükünü bloklamağı xahiş edir

Konqresmenlər Ağ evdən Ukraynaya F-16 tədarükünü bloklamağı xahiş edir

Bakı, 18 may, AZƏRTAC

ABŞ Konqresinin 14 üzvü Ağ ev administrasiyasına məktub göndərərək, F-16 qırıcılarının Ukraynaya tədarükünün qarşısını yubanmadan almağı xahiş edib.

AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, Nümayəndələr palatasının deputatı Jared Golden tərəfindən koordinasiya edilən qrupa həm Demokratlar, həm də Respublikaçılar partiyalarının nümayəndələri daxildir. Onların fikrincə, Ukraynaya F-16 qırıcılarının verilməsi müharibəni ədalətli şərtlərlə başa çatdırmaq üçün lazımdır.

Mayın 17-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan Birləşmiş Ştatların Ukraynaya hələ də F-16 qırıcıları tədarük etmək planının olmadığını bildirib. Qəzet yazır ki, belə bir niyyət olmadığından Ağ ev ukraynalı pilotların Avropa ölkələrində müvafiq döyüş təlimi keçməsinə razılıq vermir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.