MƏDƏNİYYƏT


Konsert proqramında iki ölkənin rəqs kollektivləri çıxış edəcək

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Azərbaycan Dövlət Musiqili Teatrında Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı ilə İrandan gələn rəqs kollektivinin birgə konserti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan-İran rəqs axşamı” adlanan konsert proqramında rəngarəng rəqs nümunələri təqdim ediləcək.

İran kollektivinin rəhbəri Mandana Talibi konsertlə bağlı deyib: “Azərbaycana sevgi dolu rəqslərimiz və musiqilərimizlə gəlmişik. Proqramda milli rəqslərimizi, folklor nümunələrimizi azərbaycanlı tamaşaçılara təqdim edəcəyik”.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru, Əməkdar Mədəniyyət işçisi Elçin Abbasov konserti izləməyə gələn tamaşaçılara unudulmaz rəqs axşamı yaşadacaqlarını bildirib: “Bu konsert həm də iki ölkə arasında mədəniyyətin və sənətin təbliğinə xidmət edir. Çıxışımıza səbirsizliklə və məsuliyyətlə hazırlaşırıq. Azərbaycan və İran rəqslərinin yer alacağı konsert tamaşaçılara mədəniyyətlərin dostluğu mesajını ötürəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.