DÜNYA


Konstantin Kosaçev: Türkiyə ilə Rusiya arasında əlaqələr yüksək səviyyədə qalacaq

Moskva, 25 iyun, AZƏRTAC 

Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsindən sonra Moskva ilə Ankara arasında münasibətlər yüksək səviyyədə qalacaq, ikitərəfli gündəliyin əsas istiqamətləri üzrə əməkdaşlıq davam edəcək. Bu barədə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev özünün “Facebook” səhifəsində bildirib.

AZƏRTAC xəbər verir ki, senator ölkələrin terrorizmə qarşı mübarizədə, o cümlədən İranla birlikdə üçtərəfli formatda qarşılıqlı əlaqələri davam etdirəcəyini bildirib.

K.Kosaçev deyib: “Hesab edirəm ki, seçkilərdən sonra Rusiya ilə münasibətlərdə dəyişiklik o qədər də nəzərə çarpmayacaq. Ərdoğan nə Türkiyənin NATO-dakı müttəfiqlərinin, nə də daxili qüvvələrin təsir edə biləcəyi müstəqil siyasət aparır. Hazırda əlaqələrimiz yüksək səviyyədədir və əgər regionda kəskin dəyişikliklər baş verməsə, ikitərəfli əlaqələrimizin pisləşməsinə heç bir səbəb yoxdur”.

K.Kosaçevin sözlərinə görə, bu, hərbi-texniki sahədə əməkdaşlığın da davam etdirilməsi deməkdir. Senator deyib: “Brüsseldən onun ünvanına tənqidlər artdıqca, - əsasən də Rusiyanın C-400 komplekslərinin alınması barədə, - Türkiyə Prezidenti özünü daha inamlı aparır. Ərdoğan NATO-nu ikili standartlarda ittiham edir, çünki bu təşkilatın digər üzvü Yunanıstan Rusiya istehsalı olan C-300 əldə etdiyi halda, onu heç kim qınamır. Ərdoğan hətta Rusiyaya C-500 sisteminin birgə istehsalı təklifi ilə öz prinsiplərini yeritməkdə davam edir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.