CƏMİYYƏT


Konstantin Pominov: Azərbaycanda bütün dinlər üçün bərabər imkanlar mövcuddur VİDEO

Bakı, 8 avqust, AZƏRTAC

Azərbaycanda bütün dinlər üçün bərabər yaşam imkanları mövcuddur. Bu səbəbdəndir ki, ölkədə məscidlərlə bərabər, kilsələr, sinaqoqlar və digər ibadət yerləri də tikilir, yaxud təmir olunur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Rus pravoslav kilsəsinin nümayəndəsi Konstantin Pominov ifadə edib.

O, Azərbaycanda dini sahəyə göstərilən diqqət və qayğıya görə dövlətimizə təşəkkürünü bildirib.

Konstantin Pominov Londonda yerləşən Azərbaycan səfirliyinə edilən hücumu pisləyib. Deyib ki, Azərbaycan kimi multikultural ölkəyə qarşı bu cür vandal davranışlar qəbuledilməzdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.