CƏMİYYƏT
Konstitusiya Günü münasibətilə bilik yarışması keçirilib
Bakı, 14 noyabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə 12 noyabr – Konstitusiya Gününə həsr olunmuş Bakı Dövlət Sosial İqtisad Kollecində tələbələrin iştirakı ilə bilik yarışması keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə idarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov tədbir iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb. Tələbələrə Azərbaycan Respublikası Konstitusiyasını əhatə edən 50 sual təqdim olunub.
Tədbirin əsas məqsədi gənclər arasında hüquqi mədəniyyətin və biliklərin inkişafı, Azərbaycan Respublikası Konstitusiyasının əsasları və mahiyyətinin daha dərindən öyrənilməsindən ibarətdir.
Sonda qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:05]
Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub
- 19.04.2024 [17:53]
Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub
- 19.04.2024 [17:46]