CƏMİYYƏT
Konstitusiya Məhkəməsi Palatasının iclasında Azərbaycan Prokurorluğunun sorğusuna baxılıb
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2-ci, 59.1-ci, 357.1-ci və 357.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 26-na təyin edilmiş iclasında baxılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:51]
ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb
- 19.04.2024 [22:28]
Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb
- 19.04.2024 [18:05]