CƏMİYYƏT
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 95.4.7-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 25-nə təyin edilmiş iclasında baxılacaq.