SİYASƏT
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 14 iyul, AZƏRTAC
İyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 18-ci ildönümüdür. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Konstitusiya Məhkəməsi 1998-ci il iyulun 14-də fəaliyyətə başlayıb.
Bu münasibətlə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev başda olmaqla, Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iyulun 14-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:05]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]