Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində gələcək perspektivlər müzakirə olunub

Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində gələcək perspektivlər müzakirə olunub

Bakı, 1 iyun, AZƏRTAC

Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində gələcək perspektivlər barədə müzakirələr aparılıb.

Dövlət Gömrük komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Dünya Gömrük Təşkilatının (DGT) Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramının nümayəndə heyəti mayın 28-dən iyunun 1-dək Azərbaycan Respublikasına səfərdə olub.

Səfər çərçivəsində qonaqlar DGT-nin Bakıdakı Konteyner və Karqo üzrə Təlim Mərkəzində, həmçinin Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsində bu qurumların fəaliyyətilə tanış olublar.

Bundan əlavə, Dövlət Gömrük Komitəsində nümayəndə heyəti ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramın Azərbaycanda müvəffəqiyyətlə həyata keçirildiyini və onun icrasının mühüm əhəmiyyət daşıdığını bildirib. Bu proqram çərçivəsində Dövlət Gömrük Komitəsinin gələcəkdə də fəal iştirakının davam etdiriləcəyi diqqətə çatdırılıb.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hüquq-mühafizə fəaliyyətinin rəhbəri Tofik Mürşüdlü Azərbaycana səfərdə məqsədin sözügedən proqram çərçivəsində işlərin daha da genişləndirilməsi üzrə müzakirələrin aparılması olduğunu söyləyib.

Sonra BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsində Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramın rəhbəri Ketil Ottersen səfər çərçivəsində Astara Gömrük İdarəsinin iş fəaliyyəti ilə tanış olduqlarını, qeyd olunan proqramın 2005-ci ildən fəaliyyət göstərdiyini və regionda, xüsusən də Azərbaycanda yüksək səviyyədə həyata keçirildiyini və nailiyyətlər əldə olunduğunu bildirib.

Görüş zamanı Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində həyata keçirilən işlər və gələcək perspektivlər barədə müzakirələr aparılıb, fəaliyyətin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb. Bildirilib ki, Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya regionunu bu proqrama cəlb edərək daha genişmiqyaslı və əhatəli tədbirlərin keçirilməsi əhəmiyyətli nəticələrin əldə olunmasına şərait yaradar.

Dünyada artan təhlükələrin nəzərə alınmasının zəruriliyini diqqətə çatdıran DGK sədrinin müavini Şahin Bağırov, proqram çərçivəsində işlərin genişləndirilməsi, bu proqrama cəlb edilən əməkdaşların sayının artırılması məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycan Gömrük Xidmətinin bu məsələdə maraqlı olduğu və proqramın imkanlarından daha geniş istifadə olunmasının zəruriliyi vurğulanıb. Proqram üzrə dərc edilən qlobal hesabatların gömrük işi sahəsində analitik istiqamətdə, eləcə də proqram çərçivəsində analitik araşdırma sahəsində xüsusi təlimlərin təşkil edilməsinin ümumi işə böyük töhfə verəcəyinə əminlik ifadə olunub.

Bununla yanaşı, Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində gömrük əməkdaşları üçün DGT-nin Bakı şəhərindəki Konteyner və Karqo üzrə Təlim Mərkəzində konteynerlərin yoxlanışı üzrə xüsusi təlimlərin də təşkil edilməsinin və tədrisin aparılması məqsədilə mütəxəssislərin dəvət olunmasının təqdirəlayiq olduğu nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Komitə sədrinin müavini proqramın həyata keçirilməsinin qaçaqmalçılıq hallarının aşkar edilməsi və gömrük işi sahəsində digər hüquqpozmalarla mübarizədə xüsusi əhəmiyyətə malik olduğunu nəzərə alaraq, “Konteyner COMM” sistemindən istifadənin daha da genişləndirilməsi, bu məqsədlə Dövlət Gömrük Komitəsi Hədəf Mərkəzinin imkanlarından istifadə olunması üçün şərait yaradılmasının, Azərbaycan Respublikasının Gürcüstan və Rusiya ilə dövlət sərhədində yerləşən gömrük-sərhəd məntəqələrində Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramın imkanlarından istifadə olunmasının zəruriliyini vurğulayıb.

Görüşdə Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində ilkin məlumat mübadiləsinin region ölkələrinin gömrük xidmətləri arasında həyata keçirilməsi məsələsinin də aktuallığı qeyd olunub.

Həmçinin DGT-nin Bakı şəhərindəki Konteyner və Karqo üzrə Təlim Mərkəzinin imkanlarından daha geniş şəkildə istifadə olunması, burada keçiriləcək tədbirlərin təşkilati məsələlərinin həll edilməsi məqsədilə qabaqcadan illik tədbirlər planlarının tərtib olunması təklif edilib və Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində gömrük-sərhəd buraxılış məntəqələrinin yeni texniki avadanlıqlarla təchiz olunması məsələsi müzakirə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar