İDMAN


Könül Mikayılova: Ölkəmizdə stolüstü tennisin inkişafı istiqamətində səmərəli fəaliyyət davam etdirilir

Könül Mikayılova: Ölkəmizdə stolüstü tennisin inkişafı istiqamətində səmərəli fəaliyyət davam etdirilir

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Stolüstü Tennis Federasiyası ölkədə idmanın bu növünün inkişafı istiqamətində səmərəli fəaliyyətini davam etdirir. Bunun üçün bütün lazımi tədbirlər görülür. Demək olar ki, əksər Olimpiya kompleksləri, Gənclər evləri və idman məktəblərində stolüstü tennis avadanlığı quraşdırılıb.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova deyib.

Baş katib qeyd edib ki, ölkə üzrə kiçik yaşlı uşaqlarla məşqlərin daha intensiv keçirilməsi məqsədilə məşqçilərə əlavə maddi və texniki dəstək verilir. Yeni perspektivli idmançıları üzə çıxarmaq üçün müxtəlif yarışlar təşkil olunur. Bu yaxınlarda Masallıda da yeni zal istifadəyə verilib. Altı tennis stolunun quraşdırıldığı zal hər bir avadanlıqla təmin edilib.

“İdmançılarımız bir sıra beynəlxalq yarışlarda uğurlu nəticələr göstərirlər. Qarşıda da bizi mühüm yarışlar gözləyir. Əsas hədəfimiz təbii ki qitə birincilikləridir. Tennisçilərimiz iyunda Xorvatiyada 13 yaşadək idmançıların, iyulda isə Polşada yeniyetmə və gənclərin Avropa çempionatına qatılacaqlar. Bundan əlavə, ölkədaxili yarışlar keçiriləcək. İlin sonunadək müxtəlif beynəlxalq turnirlərdə də iştirak edəcəyik. Hazırda milli komandamızın üzvləri Onur Quluzadə Çində təlim-məşq toplanışındadır. Həmçinin idmançılarımız iyulda Çexiyada yeniyetmə və gənclər arasında keçiriləcək beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar. Ümid edirik ki, komandamız qarşıdakı məsul yarışlarda etimadı layiqincə doğruldacaq”, - deyə baş katib əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.