CƏMİYYƏT


Könüllü Aydan Əsədova : 2020-ci ilin “Könüllülər ili” elan olunması bizi çox sevindirdi

Bakı, 11 yanvar, Səadət Hakıyeva, AZƏRTAC

Gəncləri sevən və hər zaman onların yanında olan Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan olunması bizi çox sevindirdi. Bu hadisə ölkəmizdə könüllülük hərəkatının daha da genişlənməsinə təkan verəcək, ölkə gənclərinin potensialından lazımınca istifadə olunmasına şərait yaradacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında könüllü Aydan Əsədova deyib.

Könüllülük fəaliyyətinin gənclərin həyatında əhəmiyyətindən danışan A.Əsədova bildirib : “Könüllü kimi “ASAN xidmət” mərkəzində fəaliyyət göstərmişəm. Burada işlədiyim dövrdə xeyli təcrübə qazanmışam. Könüllülük təcrübəsi mənə kollektivdə işləməyi, insanlarla ünsiyyət qurmağı öyrədib. Fəaliyyətim zamanı “ASAN xidmət”ə müraciət edən vətəndaşlarla davranış qaydalarına yiyələnmişəm. Bütün bunlar mənə sonrakı əmək fəaliyyətimdə xeyli kömək edib. Könüllü olduğum müddətdə özümü aktrisa kimi də sınamışam. Bu, mənim həyatımda ən gözəl xatirələrdən biridir. Bir sözlə, könüllülük hərəkatı gənclərin potensialının aşkar edilməsi və özlərini göstərmələri üçün geniş imkanlar açır.

Könüllülük, həmçinin mənə çoxlu dostlar qazandırıb. Həmin dostlarımla mütəmadi olaraq görüşür, əlaqə saxlayırıq. Gənclər hər zaman yenilik axtarışındadırlar və biz də hər görüşümüzdə bu barədə söhbətlər edir, fikirlərimizi bölüşürük”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.