İQTİSADİYYAT


“Könüllü Kənd Təsərrüfatı sığortasının təşkili” mövzusunda görüş keçirilib

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə “Könüllü Kənd Təsərrüfatı sığortasının təşkili” mövzusunda görüş təşkil olunub. Görüşdə birliyin rəhbərliyi, Azərbaycanda fəaliyyət göstərən və kənd təsərrüfatı sığortası ilə məşğul olan sığorta və təkrarsığorta şirkətlərinin nümayəndələri və sahə üzrə ekspertlər iştirak edib.

Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” şirkətinin təqdimatına əsaslanıb və görüşdə çıxış edən “AzRe Təkrarsığorta” şirkətinin sədr müavini Vüsal Abbasov bildirib ki, bundan sonra kənd təsərrüfatı sığortasının təkrarsığortalanması sahəsində heç bir çətinlik olmayacaq. Belə ki, əvvəllər könüllü kənd təsərrüfatı sığortasında təkrarsığorta problemləri olduğuna görə sığorta şirkətləri bu sahədə satışın həyata keçirilməsində ciddi problemlə üzləşirdilər. Hazırda “AzRe Təkrarsığorta” şirkəti bu sahədə Saziş imzalanması ilə mövcud problemin aradan qaldırılması və bununla da, sığorta şirkətlərinin kənd təsərrüfatı sığortasının həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu qeyd edib.

Göstərilən təqdimatda sığorta şirkətləri kənd təsərrüfatı sığortasının hansı şərtlər əsasında təkrarsığortalanması, verilən təminatlar, təminatın növləri, müqavilə şərtləri, zərərin tənzimlənməsi, sığorta ödənişi və məbləği, minimum tariflər və ümumilikdə, “AzRe Təkrarsığorta” şirkətinin buna dair təklifləri barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.