MƏDƏNİYYƏT


Könüllü döyüşçü qız Vəfa Mansurova haqqında videoçarx hazırlanıb

Bakı, 27 iyul, AZƏRTAC

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin X.B.Natəvan adına 4 nömrəli kitabxana filialında qəhrəmanlarımız haqqında hazırlanan silsilə videoçarxlar davam edir.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, növbəti videoçarx Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuş və Qazax rayonunda ilk könüllü döyüşçü qız olaraq yağı düşmənlərə qarşı döyüşən, “Şəhidlərin qız qardaşı” adını almış Vəfa Mansurova haqqındadır.

Kitabxananın əməkdaşı Esmira Zülfüqarovanın hazırladığı videoçarxda Vəfa Mansurovanın keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar haqqında məlumat verilib. Vətəni canından əziz tutan bu el qızının ömür yolu gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün əsl nümunədir. Videoçarxda qəhrəman döyüşçü qızın fotoları əks olunub və ona həsr olunmuş şeir səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.