REGİONLAR


Könüllü gənclərin Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunub

Naxçıvan, 17 noyabr, AZƏRTAC

Könüllü gənclərin Naxçıvan şəhərində yerləşən Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan ekskursiyada 20 könüllü gənc iştirak edib.

Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muzeylə tanışlıq zamanı gənclərə mədəniyyət müəssisəsinin tarixi və ekspozisiyası haqqında məlumat verilib. Bələdçi bildirib ki, burada tarixən Naxçıvan ərazisində mövcud olan dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olmuş bayraqları, gerbləri və inzibati xəritələri, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri nümayiş olunur.

Qeyd edilib ki, üçrəngli bayrağımız ikinci dəfə ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılıb. Muzeydə həmin illərdə qəbul olunan tarixi qərarlar, Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət atributları haqqında ətraflı məlumatlar yerləşdirilib. Hər il noyabrın 17-si Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzi kimi Naxçıvan Muxtar Respublikasında qaldırıldığı gün kimi qeyd edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.