REGİONLAR


Könüllü gənclərlə görüş keçirilib

Naxçıvan, 4 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 5 dekabr – Beynəlxalq Könüllülər Günü ilə bağlı təşkil olunan tədbirlərin sonuncusu “Görüş yeri” kafesində keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, könüllü gənclərlə görüşün məqsədi əlamətdar günü qeyd etmək, 2021-ci ilin fəaliyyət proqramının yekunları ilə bağlı müzakirələr aparmaq və gənclərin növbəti illə bağlı gözləntilərini öyrənməkdən ibarət olub.

Nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva iştirakçıları təbrik edərək bildirib ki, könüllülük fəaliyyəti ilə məşğul olan gənclərimiz uzun illərdir bu sahədə fəallıq göstərirlər. Onların təkmilləşmə istəyi, çalışqanlığı, təşəbbüskarlığı və müxtəlif şəxsi bacarıqları könüllülük təcrübəsi ilə bütünləşərək uğurlu gələcəyə zəmin yaradır. Könüllülük cəmiyyətə faydalılıq, özünüinkişaf və yeni karyera imkanları əldə etmək üçün önəmli başlanğıcdır. İlahə Haqverdiyeva gənclərin növbəti ildə keçirilən tədbirlərdə də aktiv iştirak edəcəyinə inamını ifadə edib, onlara könüllülük fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra ilin fəal könüllüləri və həftə ərzində Beynəlxalq Könüllülər Günü ilə bağlı keçirilən idman yarışlarında qalib olan komandaların üzvlərinə diplom və təşəkkürnamələr təqdim olunub.

Çay süfrəsi arxasında davam edən tədbir diskussiya şəraitində keçirilib. Gənclərin təklifləri dinlənilib, növbəti ilin fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb. Tədbir musiqili və əyləncəli konsert proqramı ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.