CƏMİYYƏT


“Könüllü qida nəzarətçisi” proqramı ilə əlaqədar tələbələrlə görüş keçirilib

Bakı, 19 noyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutunun “Könüllü Qida Nəzarətçisi“ proqramı ilə əlaqədar ilk görüş Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyətinin sədr müavini Camal Quliyev tələbələrə “Könüllü Qida Nəzarətçisi“ proqramı barədə ətraflı məlumat verərək bildirib ki, layihənin məqsədi könüllülərin qida təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması, onların diqqətinin qida təhlükəsizliyi mövzusuna cəlb edilməsi və prosesdə ictimai nəzarətçi qismində aktiv iştirakının təmin olunmasıdır.

Proqrama cəlb olunan tələbələr layihədə dərsdənkənar vaxtlarında gələcək karyeraları üçün bilik və bacarıqlarla yanaşı, təcrübə əldə edəcəklər. Proqramda iştirak onların gələcəkdə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində uğurlu karyera qurmağında müstəsna rol oynayacaq.

Görüşdə tələbələrin sualları cavablandırılıb və ilkin qeydiyyat prosesi həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.