CƏMİYYƏT


“Könüllü” tarifi əsasında könüllülər arasında mobil zənglər pulsuz olacaq

Bakı, 28 iyun, AZƏRTAC

Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) və “Nar” arasında qarşılıqlı əməkdaşlıq haqqında imzalanan memoranduma əsasən, Azərbaycan könüllüləri arasında effektiv koordinasiyanın təmin edilməsi, əlaqələrin asanlaşdırılması məqsədilə “Nar”ın xüsusi yaratdığı “Könüllü" tarifi əsasında könüllülər arasında mobil zənglər pulsuz olacaq.

AZƏRTAC Azərbaycan Könüllü Təşkilatları İttifaqının saytına istinadla xəbər verir ki, cari ilin may ayının 5-dən imzalanan memorandumun əsas məqsədi “Nar” və AKTİ tərəfindən Azərbaycanda könüllülük mədəniyyətinin təşviqinə dəstək məqsədilə ortaq tədbir və layihələrin həyata keçirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.