CƏMİYYƏT


Könüllü təşkilatların nümayəndələrinin Şuşaya səfəri başlayıb

Şuşa, 13 sentyabr, Leyla Qurbanova, AZƏRTAC

Sentyabrın 13-də Azərbaycanın aparıcı könüllü təşkilatlarının nümayəndələrinin Şuşaya səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən reallaşdırılan səfərdə 20-dək könüllü təşkilatının 40-a yaxın nümayəndəsi iştirak edir.

Könüllü gənclər Şuşa ilə tanışlığa məşhur Cıdır düzündən başlayıblar. Sonra könüllülər ermənilər tərəfindən 30 ilə yaxın müddətdə vəhşiliklə dağıdılmış digər tarixi-mədəni abidələr, inzibati və yaşayış binalarına baxış keçirib, aparılan təmir-bərpa işləri ilə yaxından tanış olublar.

Səfərin iştirakçıları Molla Pənah Vaqifin məqbərəsini, Yuxarı Gövhərağa məscidini, Şuşanın mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacibəylinin güllələnmiş heykəllərini, Şuşa qalasını da ziyarət edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.