CƏMİYYƏT


Könüllülər Azərbaycan Texniki Universitetində qanvermə aksiyasında iştirak ediblər

Bakı, 11 mart, AZƏRTAC

2008-ci il aprelin 7-də Prezident İlham Əliyevin imzaladığı “Qızıl Aypara gününün təsis edilməsi haqqında” Sərəncama əsasən hər il martın 10-u Qızıl Aypara Günü kimi qeyd olunur. Bu il də Azərbaycan Qızıl Aypara Cəmiyyəti 99 illiyini qeyd edib.

Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təşkilatın üzvləri və könüllülər xalqımızın ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib və əklil qoyublar.

Əlamətdar gün münasibətilə cəmiyyət üzvləri Azərbaycan Texniki Universitetində qanvermə aksiyasında iştirak ediblər. Aksiya başa çatandan sonra universitetin akt zalında tələbələrlə görüş keçirilib.

Görüşdə çıxış edən cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin keçdiyi şərəfli yoldan danışıb, tələbələri maraqlandıran suallara cavab verib. O, gələcəkdə də belə yardım tədbirlərinin davam etdiriləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.