İDMAN


Könüllülər EYOF Bakı-2019-un ən yüksək səviyyədə keçməsi üçün nə lazımdırsa edirlər

Bakı, 25 iyul, AZƏRTAC

Könüllülər EYOF Bakı-2019-un ən yüksək səviyyədə keçməsi üçün nə lazımdırsa edirlər.

Pakistandan gəlmiş könüllü, Olimpiya Festivalının təşkilatçılarına qızlar arasında basketbol oyunlarında kömək edən Məhəmməd Rəhman AZƏRTAC-a müsahibəsində bu barədə danışıb.

Məhəmməd Rəhman deyib: “XV Avropa Gənclər Olimpiya Festivalının uğurla keçməsi üçün bütün məsələlər – idmançıların lazımi məkanlara çatdırılması, logistika, qidalanma işləri əla təşkil edilib.

Könüllülük, ümumiyyətlə çox gözəl təcrübədir: İnsan komandanın işinə öz töhfəsini verir və özü də başqalarından kömək alır. Azərbaycan könüllülərinin işi gözəl təşkil olunub. Onlar hamısı ingilis dilində yaxşı danışır və çox mehribandırlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.