SİYASƏT


“Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçılarının Milli Məclisin bir sıra komitələrinin üzvləri ilə görüşü olub

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 19-da Azərbaycan Respublikası Milli Məclisi və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilən “Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsi çərçivəsində tədbir iştirakçılarının Milli Məclisin aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya, gənclər və idman komitələrinin üzvləri ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, gənclər və idman komitəsinin sədri Ülvi Quliyev gənclərin həyata keçirdiyi bütün faydalı təşəbbüsləri dəstəklədiklərini bildirib, onlara fəaliyyətlərində uğurlar diləyiblər.

Sonra komitə sədrləri qanun yaradıcılığı prosesi, o cümlədən qanunların hazırlanması, qəbulu, icra mexanizmləri barədə məlumat veriblər. Deputatlar təmsil etdikləri sahələr üzrə ölkədə aparılan islahatlar və buna dair qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıblar.

Görüşdə Valeh Ələsgərov enerji sektorunun inkişafı, bu sahədə həyata keçirilən layihələr barədə söhbət açıb.

Eldar İbrahimov kənd təsərrüfatında torpaqların səmərəli istifadəsi, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi haqqında danışıb.

Ülvi Quliyev gənclərdə vətənpərvərlik hissinin formalaşması, onların milli-mənəvi dəyərlərə uyğun yetişməsi üçün ölkədə görülən işlərdən bəhs edib.

Görüşdə iştirak edən “Könüllülər Parlamenti”nin eyniadlı komitələrinin nümayəndələri bir sıra suallarla müraciət ediblər.

Milli Məclisin komitə sədrləri gəncləri maraqlandıran sualları cavablandırıb, onlara faydalı tövsiyələr veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.