CƏMİYYƏT


“Könüllülər dekadası” çərçivəsində növbəti onlayn görüş keçirilib

Bakı, 4 dekabr, AZƏRTAC

“Könüllülər dekadası" çərçivəsində dekabrın 4-də “Gənclər və idman idarələrində könüllülük təcrübəsinin təşkili” mövzusunda onlayn görüş keçirilib.

“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru, Gəncə şəhəri üzrə idman könüllüləri qrupunun rəhbəri Altun Süleymanov Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsində qazanılan şanlı qələbədən danışıb.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək ölkəmizdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan xeyriyyəçilik və könüllülük hərəkatının bu gün uğurla davam etdirildiyini bildirib. O, könüllülüyün demək olar bütün sahələrə nüfuz edərək gənclərimizin həyat tərzinə çevrildiyini vurğulayıb.

Daha sonra il ərzində Baş İdarə tərəfindən həyata keçirilmiş layihələr, seminar və görüşlər haqqında məlumat verilib, gənclərin xüsusilə virtual muzeylər layihəsinə maraq göstərdiyi qeyd olunub.

Sonda gənclərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.