CƏMİYYƏT


Könüllülər üçün Azərbaycanda plastik tullantılara qarşı mübarizəyə dair təlimlər keçirilir

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının UNESKO üzrə Milli Komissiyasının dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” mövzusunda keçirdiyi layihə çərçivəsində müasir metodologiyadan istifadə etməklə bu sahədə 30 nəfərdən ibarət könüllülər üçün TOT (təlimçilər üçün təlim) seminarlara start verib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin keçirilməsində məqsəd plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması və plastik qabların istifadəsini azaltmaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti artırmaqla Azərbaycanın turistik yerlərini təmiz saxlamaqdır.

Üç gün davam edəcək təlimlərdə iştirakçıların ekspertlərlə görüşlərinin, qeyri-təhsil metodlarından istifadə etməklə praktiki təlimlərin təşkili və qruplar üzrə komanda işlərinin keçirilməsi nəzərdə tutulur.

Təlimlərdə iştirak etmək üçün http://www.avpu.az/konullul%c9%99r-ucun-tot/ keçidindən istifadə edərək ərizə formasını doldurmaq lazımdır. Müraciət edənlər e-mail və ya telefon vasitəsilə seçimlərin nəticələri haqqında məlumatlandırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.