REGİONLAR


“Könüllülər yurdu-Azərbaycan” layihəsi Masallıda

Masallı, 17 avqust, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “ASAN Könüllüləri” təşkilatı tərəfindən reallaşdırılan “Könüllülər yurdu-Azərbaycan” layihəsinin növbəti səfəri Masallı rayonuna olub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Masallı şəhərindəki “ASAN həyat” kompleksində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova gənclərin maarifləndirilməsi və inkişafında xüsusi rolu olan könüllülük prinsiplərindən danışıb.

Lənkəran, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan 150-ə yaxın gəncin iştirak etdiyi təlimlərdə “ASAN Könüllüləri” təşkilatının departament rəhbəri Həsənxan Həsənxanlı könüllülərin cəmiyyətə aşıladıqları dəyərlər mövzusunda çıxış edib, gəncləri maraqlandıran sualları cavablandırıb.

Layihə çərçivəsində könüllülər tərəfindən “Yol hərəkəti qaydaları”, “Heyvanların qorunması”, “Kitab oxuma”, “Hüquqi maarifləndirmə”, “Siqaretə qarşı mübarizə”, “Kitab mübadiləsi”, “Ətraf mühitin təmizlənməsi”, “Bərpa işləri” adlı sosial aksiyaların keçirilməsi də nəzərdə tutulub.

Təlim və sosial aksiyalarda 1000-dən artıq gəncin iştirakı, 80 mindən artıq vətəndaşın könüllülük fəaliyyəti haqqında məlumatlandırılması nəzərdə tutulur.

Bakıda icrasına başlanılan layihə avqustun 25-də Qəbələdə başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.